Salyanda qadın əri tərəfindən döyülərək xəsarət alıb.
Report-un məlumatına görə, hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 40 yaşlı Cəmilə Şahverən qızı Əliyeva ailə münaqişəsi zəmnində əri Cəmil Əliyev tərəfindən döyülüb. Kəllə-beyn travması alan və üz nahiyyəsi zədələnən qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İlk tibbi yardım göstərildikdən sonra zərərçəkən travmatologiya şöbəsində yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.