Bakıda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus kafenin ərazisində ümumi sahəsi 10 m² olan otağın lambirindən ibarət tavanı 10 m² sahədə və yaxınlıqda yığılmış 15 m² sahədə məişət tullantıları yanıb.
Otağın qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.