12 Sentyabr 2016 19:45
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada biznesmeni oğurlayıb azad edilməsi üçün 300 min dollar tələb edən azərbaycanlılardan ibarət cinayətkardəstənin üzvləri həbs edilib.


Teleqraf.com Virtualaz.org-a istinadən xəbər verir ki, əməliyyat Moskvaətrafı Voskresenks rayonunda keçirilib. Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib ki, banda üzvləri 29 yaşlı kişini (iri biznesmenin qohumu) onun Vostryakovsk keçidindəki evinin qarşısında avqustun 28-də gündüz saatlarında oğurlayıblar.

Cinayətkarlar bir neçə zərbə ilə həmin şəxsi yerə sərəndən sonra onu avtomobilin yük yerinə qoyublar və Moskva vilayətinə aparıblar. Banda üzvləri şəxsi evlərdən birində yerləşib, oğurladıqları şəxsi isə hamamda saxlayıblar və qapını qıfıllayıblar. Yaşları 27 ilə 54 arasında olan Azərbaycan vətəndaşları onun azad edilməsi üçün 300 min dollar tələb edərək məbləğin çatdırılması üçün bir neçə gün vaxt veriblər.

Lakin onlar pulu almağa imkan tapmayıblar. Sentyabrın 8-də onların olduğu evə “Rıs” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri basqın edib və 6 şübhəlini həbs edib. Mütəşəkkil dəstənin üzvlərinin başqa adam oğurluğu cinayətləri törətdiyi də ehtimal edilir. İrina Volk bildirib ki, oğurlanmış şəxs salamatdır və xəsarət almayıb.


Müəllif:

Oxşar xəbərlər