Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rafiq Həsənov və Sənan Kərimduxtun məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə bu ilin fevral ayında Sumqayıt şəhərində baş verib.
38 yaşlı Sumqayıt sakini Rafiq Həsənov yeyib-içdikdən sonra 27 yaşlı Sənan Kərimduxta quldurluq təklif edib. Sənan Kərimduxt əvvəl razılaşmasa da, sonra fikrindən daşınıb.
Onlar Ceyhun Məmmədovun mənzilinə daxil olub, ev yiyəsinin əl-qolunu bağlayıb, evdən pul və qızıl-zinyət əşyaları aparıblar.
Hadisədən sonra Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Həsənov və Sənan Kərimduxt saxlanılıb.
Zərərçəkən Ceyhun Məmmədov saxlanılan Rafiq Həsənovun dostu olub. Quldurlar zərərçəkmişin evində 50 min manat pul olduğunu zənn edərək bu işə əl atıblar.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçən prosesdə hökm oxunub. Təqsirləndirilən şəxslərin hər ikisi 10 il azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov