Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsi və 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop tərkibli dərmanların müəssisəyə keçirilməsinin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1, 177.2.3-cü maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş İlham Məmmədova poçt vasitəsilə Xəzər rayonu Zirə qəsəbəsindən qardaşı Telman Məmmədovun göndərdiyi banderola baxış keçirilib.
Baxış zamanı salafan paketdə qəndə qatılmış tramadol aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib.
Hacı Zeynalov