22 Sentyabr 2016 09:33
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Səttar Bəhlulzadə-62 ünvanında qeydə alınıb.

Naməlum şəraitdə bıçaqlanan 1993-cü il təvəllüdlü Sənan Quliyev xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində 4 bıçaq xəsarəti aşkarlanıb. Vaxtında tibbi yardım göstərildiyi üçün Sənan Quliyevin həyatını xilas etmək mümkün olub. Hazırda o, xəstəxanada həkim nəzarəti altında saxlanılır.

Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə məlumat verilib. İlkin məlumata görə, Sənan Quliyev tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: