28 Sentyabr 2016 13:33
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonu ərazisindəki restoranlardan birində oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı sakini Arzum Cəfərovaya məxsus içərisində 130 manat və 212 ABŞ dolları, habelə sənəd olan pul kisəsi oğurlanıb.

Səbail rayon Polis İdarəsinin 9-cu bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Elgün Asifli saxlanılıb.

Hacı Zeynalov


Müəllif: