Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini öldürməkdə təqsirləndirilən Ziya Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com-un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edərək Ziya Əzizovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qətlə yetirilən şəxsin anası Tərlan İsmayılova məhkəmədən Ziya Əzizovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.
Hadisə bu il yanvarın 20-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Tərtər rayon sakini Ziya Əzizov borcunu almaq üçün qəsəbədə yerləşən yataqxanaya gəlib və orada bacısının əri, Bərdə rayon sakini Vasif İsmayılovla aralarında münaqişə yaranıb. Ziya Əzizov bıçaqla Vasif İsmayılova xəsarət yetirərək, hadisə yerini tərk edib.
Yaralı xəstəxanada ölüb, qatil tutulub. Ziya Əzizov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov