3 Oktyabr 2016 13:36
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı şahid və zərərçəkmiş Firuz Mehdiyev təqsirləndirilən şəxslərin vəkillərinin suallarını cavablandırıb.

O bildirib ki, hadisə zamanı təqsirləndirilən şəxslərdən Əbülfəz Bünyatovu zərərsizləşdirib: "O, yaralı idi, qaçmaq üçün əl-qol atırdı. Orada qadın və uşaq görməmişəm".

Təqsirləndirilən Aqil İsmayılov deyib ki, istintaq zamanı onu müstəntiq dindirəndə Firuz Mehdiyev də orada olub. Onun sözlərinə görə, Firuz Mehdiyev ona təzyiqlər edib.

Firuz Mehdiyev isə təqsirləndirilən şəxsin yalan danışdığını vurğulayıb: "Ola bilər Aqil məni kiminləsə səhv salıb".

Vəkil Yalçın İmanov "Sizin idarədə sənə oxşayan başqa kimsə varmı" sualını verib. O isə bildirib ki, idarədə ona oxşayan bir neçə əməkdaş var, lakin onların adını deməyib.

Hakim deyib ki, şahid məhkəmədə verilən suala cavab vermədiyi üçün onun barəsində tədbir görüləcək.

Firuz Mehdiyev şikayətinin və tələbinin olmadığını deyib.

Proses günü ikinci yarısında davam etdiriləcək.


Müəllif:

Oxşar xəbərlər