4 Oktyabr 2016 00:45
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

 

Şəmkirdə toyda bıçaqlananların kimliyi məlum olub.

 
 Şəmkir şəhərində şadlıq sarayında keçirilən şənlik zamanı gəlinin atası, Şəmkir şəhər sakini, 1970-ci il təvəllüdlü Azər Qasımov və gəlinin bibisi yoldaşı 1957-ci il təvəllüdlü Etibar Məmmədhəsənov bıçaqlanb.
 

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yaralılar Şəmkir rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Şəmkir rayon Polis Şöbəsində cinayti törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
 
***
 
Şəmkirdə toyda dava zamanı iki nəfər bıçaqlanıb.
 
Hadisə Şəmkir şəhərində yerləşən şadlıq saraylarının birində baş verib.
 

Kütləvi dava zamanı iki nəfər bıçaqlanaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 
Yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır. 
APA


Müəllif:

Oxşar xəbərlər