5 Oktyabr 2016 20:52
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda toy karvanında avtoxuliqanlıq edən sürücüyə inzibati həbs cəzası verilib.

Avtosfer.az-ın Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü İbrahimov Rəhman Faiq oğlu bu gün Nərimanov rayon Məhkəməsinin qərarı ilə 20 gün inzibati həbs cəzasına məhkum edilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

O, dostunun toyunda idarə etdiyi "Porsche" markalı avtomobillə avtoxuliqanlıq etdiyi üçün dünən gecə Bakıda yol polisləri tərəfindən saxlanılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyev prospektinə çıxan körpüdə baş verdiyi bildirilir. Toy karvanında hərəkət edən "Porsche" markalı avtomobilin tərsinə hərəkət etməsi görənləri təəccübləndirib.

Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. "Avtoşluq" edən sürücünü kameraya çəkən yaxını onu "Zadni Rəhman" kimi təqdim edib. Çəkilişi aparan şəxs "Oğlanlar var, şərait yoxdur" deyib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bu gün Nərimanov rayon Məhkəməsi ədalətli qərar verməklə həmin oğlana "şərait" yaratmış oldu…


Müəllif:

Oxşar xəbərlər