7 Oktyabr 2016 15:55
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Bünyadzadə küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 55 yaşlı İlqar İsmayılov və qızı 22 yaşlı Nəsibə İsmayılova bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsi əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Cinayəti Nəsibə İsmayılovanın qeyri-rəsmi yaşadığı həyat yoldaşı tərəfindən törədildiyi müəyyən olunub.

Hazırda polis hadisə yerindən qaçan şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri görülür.

Bildirilir ki, bir neçə ay əvvəl ailə həyatı quran Nəsibə İsmayılova ilə həyat yoldaşı arasında anlaşılmazlıq yaranıb. Ər-arvadın mübahisəsi sonda dava-dalaşla nəticələnib.

Qızının əri tərəfindən döyüldüyünü görən İlqar İsmayılov məsələyə aynıdınlıq gətirmək istəyib. Bu zaman sərxoş olan kürəkən bıçağa əl atıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər