15 Oktyabr 2016 14:04
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Həbsdə saxlanılan Sərvan Ramazanova qardaşı, Bərdə rayon Lək kənd sakini Sərxan Ramazanov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı plastik qabın içərisində olan dolmanın altında sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 8.328 qram olan narkotik vasitə - marixuana aşkar edilib. Sərvan Ramazanov Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci (quldurluq) maddələrinə əsasən şübhəli bilinərək saxlanılıb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər