Bakının Suraxanı rayonunda çoxsaylı oğurluq cinayətləri törədən şəxs məsuliyyətə cəlb olunub.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Tural Əmişov tutulub.
O, bu il iyulun 30-dan oktyabrın 10-dək olan müddətdə Bakı şəhərində 10 evdən, 3 avtomobildən pul və məişət əşyaları oğurlayıb.
Bundan başqa, o, Rəfayel Mikayılova məxsus həyətyanı sahədən oğurluğa cəhd göstərib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov