20 Oktyabr 2016 12:25
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray bələdiyyəsinin sədri Vəsilə Həsənovanı və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə Fədai Hüseynova ömürlük cəza kəsib.

İttihama görə, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib.

Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı Fədai Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan Fədai Hüseynov gecə saatlarında Həsənovların evinə gəlib və mübahisə yaranıb.

Mübahisə zəminində o, Vəfadar Həsənovu kəsici, onun həyat yoldaşı Vəsiləni isə odlu silahla qətlə yetirib.

Hacı Zeynalov


Müəllif: