Bakının Nizami rayonunda bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, 34 yaşlı Səxavət Şabanov yaşadığı mənzildə naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, qarın nahiyəsindən aldığı kəsilmiş-deşilmiş yaralarla 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov