26 Oktyabr 2016 16:42
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə şahid qismində İlqar Atakişiyev ifadə verib.

Şahid bildirib ki, Fuad Qəhrəmanlını sosial şəbəkədən tanıyıb və onun yazdığı statuslara rəy yazıb: “Fuad Qəhrəmanlının statuslarını oxuyanda məndə dövlət çevrilişinə cəhd etmək fikirləri yaranmayıb”.

Proses oktyabrın 28-də davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə şahid qismində Bəxtiyar Aşurov ifadə verib.

Şahid bildirib ki, Maştağada polislər tərəfindən saxlanılıb: "Məni polis bölməsinə apardılar. Orada mənə izahatlara imza etdirdilər. Mən Maştağa sakiniyəm. Amma Nardaran hadisələrində iştirak etməmişəm. Bu hadisələrə görə barəmdə inzibati qaydada cəza verilib".

Daha sonra hakim həmin izahatı elan edib. Bəxtiyar Aşurovun imza atdığı izahatda qeyd olunub ki, Taleh Bağırov çıxışları zamanı Azərbaycanda dini dövlət qurmaq istədiyini, bunun üçün candandan-qandan keçmək lazım olduğunu söyləyib.

Digər şahid Samir Babayev ifadə verib.

Daha sonra vəkil Yalçın İmanov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyovun təkrar şahid qismində dindirilməsi barədə vəsatət verob. Məhkəmə vəsatəti təmin etməyib.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər