Şirvan şəhərində yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 306 m2 olan birmərtəbəli 7 otaqlı evin zirzəmisində baş verib. Nəticədə zirzəmidəki 2 ədəd “QAZ” markalı minik avtomobillərinin yanar hissələri və 4 otağın yanar konstruksiyaları 153 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.