4 Noyabr 2016 10:47
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ticarət mərkəzlərindən birində oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində baş verib.

Ticarət mərkəzinin şirniyyat adlanan ərazisində, Abşeron rayon sakini, 1973-cü il təvəllüdlü Vidadi İsmayılova məxsus dəyəri 170 manat olan 1 ədəd velosipedi oğurlanıb.

Qaradağ rayon mühafizə şöbəsinin əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Qobustan qəsəbə sakini, 1972-ci il təvəllüdlü Natiq Şirəliyev yaxalanıb. Onun barəsində istintaq aparılması üçün Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə təhvil verilib.

Natiq Şirəliyevin əvvəllər məhkum olunduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: