Tərtər rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb.
Kənd sakini, 1939-cu il təvəllüdlü Məruzə Hümbətova yaşadığı evdə sirkə turşusu içərək özünü ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov