15 Noyabr 2016 10:53
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokuoror çıxış üçün vaxt istəyib. Proses noyabrın 22-də etdiriləcək.

Prosesdə hakim bildirib ki, Maşallah Əhmədovun cinayət işində şahid olan iranlı Məhəmmədpur Əlirza həbs olunub.

Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb.

Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib

.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər