25 Noyabr 2016 11:17
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Sabir Abdinov təqsirləndirilən şəxslərə cəza istəyib.

O, İmran Bədirov və Sadiq Əmiraslanovun hər birinə 18 illik həbs cəzası istəyib. Təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Proses noyabrın 28-də davam etdiriləcək.

İttihama görə, hadisə bu il iyunun 23-də Qusar rayonunun Kuzunqışlaq kəndində baş verib. Əvvəllər məhkum olunmuş Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.

Müəyyən edilib ki, İmran Bədirov dostu Sadiq Əmiraslanovla Qusar rayonunun mərkəzi bazarında yerləşən "Sürücü" kafesində yeyib-içiblər. Sərxoş dostların yadına digər dostları Əzizulla Məmmədovun söyüş söyməsi düşüb. Hesab ediblər ki, Əzizulla bu söyüşləri işlətməklə onların şəxsiyyətini alçaldıb. Bu səbəbdən onlar Əzizullanı maşına mindirərək "Çoban dərəsi" adlanan ərazisindəki "Şimal" kafesinə gətiriblər. İki dostun məqsədi Əzizullanı içirdərək sərxoş etmək olub.

Əzizullanın sərxoş olduğunu görəndə onu Samur-Dəvəçi kanalının yanına gətiriblər, boğazına keçirərək boğublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ilə ittiham olunurlar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər