Yardımlı rayon sakininin Rusiyadan aldığı sürücülük vəsiqəsinin saxta olması müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən Yardımlı rayon sakini Elşən Bünyadovun 2016-cı il noyabr ayının 14-də Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsinin saxta olması müəyyən edilib.
Toplanan material Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov