Bakının Yasamal rayonu ərazisində narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.
Mərdan Mehrəliyevin idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov