Gəncədə oğurluq edən şəxslər məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Səbuhi Abbasov və Ayxan Hüseynov tutulublar.
Onlar ötən ilin dekabrın 27-də Gəncə şəhər sakini Miri Xəlilova məxsus mağazadan 30 manat və tütün məmulatı oğurlamaqda şübhəli biliniblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov