Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Qazax rayonu ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerindən xaricdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18000 ədəd siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
İlhamə ƏBÜLFƏT