31 Yanvar 2017 10:21
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Binə qəsəbə sakini, 1983-cü il təvəllüdlü Nurlan Osmanov naməlum şəraitdə bıçaqlanıb.

O, 3 saylı Sabunçu Şəhər Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Həkim nəzarəti altında saxlanılan Nurlan Osmanovun vəziyyətinin orta-ağır olduğunu bildirilir.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər