9 Fevral 2017 09:32
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Mərdəkan qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Samir Hacıyev özünü yaşadığı evdə asaraq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Daha bir intihar hadisəsi Səbail rayonunda baş verib. Rayonun Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi ev 11, mənzil 6 ünvanında yaşayan, 1977-ci il təvəllüdlü Vidadi Qubadov yaşadığı iki mərtəbəli binanın damında özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Hacı Zeynalov


Müəllif: