10 Fevral 2017 09:05
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Sumqayıt şəhərində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb.

Yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: