10 Fevral 2017 09:41
481

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bəhruz Nuriyev küçəsi 5 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əfqan Nəzərov yaşadğı evdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Vəziyyəti ağır olduğu üçün Əfqan Nəzərovu dindirmək mümkün olmayıb.

Bu səbəbdən onun hansı səbəbdən və kimin tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görürlər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: