12 Fevral 2017 23:10
359

Axşam saatlarında paytaxtda yüksək gərginlikli elektrik naqilində partlayışla nəticələnmiş yanğın baş verib.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, magistral yolun ortasındakı yüksək gərginlikli elektrik naqil xətlərində əvvəlcə partlayış olub. Bundan sonra isə naqillərdə yanğın əmələ gəlib. Nəticədə elektrik xətləri yanaraq sıradan çıxıb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub.


Müəllif: