Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Salamzadə küçəsi ev 7 ünvanında qeydə alınıb.
Orada yaşayan Ramal Cəfərov yaşadığı evin hamamında özünü asaraq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov