15 Fevral 2017 16:55
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin məhkəməsi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Nəriman Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Nəriman Əliyev Bakıxanov qəsəbəsində yerləşən “Şəhriyar” şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər