16 Fevral 2017 11:08
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iki nəfər naməlum şəxs Bakı şəhər sakini Dmitri Sakalovu bıçaqla hədələyib.

Onlar Dmitri Sakalovun içərisində 2400 manat, açar və sənəd olan pul kisəsini alaraq qaçıblar.

Dmitri Sakalov hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Bayramov tutulub. Cinayətin digər iştirakçısı isə müəyyən edilib.

Onun da tutulması üçün tədbirlər görülür. Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: