Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Texnikabank” ASC-nin Səbail filialının keçmiş müdiri Elton Əliyevin məhkəməsi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Elton Əliyev ittiham üzrə özünü təqsirli bilməyib.
Proses fevralın 22-də davam edəcək.
Elton Əliyev bir müddət əvvəl ləğv edilmiş MTN-nin idarə rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb. O, istintaq və məhkəmə zamanı ifadəsində bildirib ki, MTN əməkdaşları onu qanunsuz həbs edib, iş adamı olan atası Nəsib Əliyevdən 500 min dollar tələb ediblər. Atası isə həmin şəxslərə 350 min dollar verib.
Elton Əliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib. Onun atası Nəsib Əliyev “Şahbulaq” MTK tikinti şirkətinin rəhbəri olub. O, hazırda həbsdədir.
Hacı Zeynalov