21 Fevral 2017 13:16
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Ramil Qədimov, Vüqar Həsənov və Nurlana Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Ramil Qədimov 6 il, Vüqar Həsənov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Nurlanə Hüseynova barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.


İttihama görə, Vüqar Həsənov Ramin Qədimovla birlikdə Yaşar Babayevə hədə-qorxu gəliblər. Ramin Qədimov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Elnur adlı vəzifəli şəxsi kimi təqdim edərək Yaşar Babayevdən külli miqdarda pul tələb edib. Yaşar Babayevin hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra təqsirləndirilən şəxslər tutulub.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər