21 Fevral 2017 16:10
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda evlərdən birindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birindən 55 min manat dəyərində qızıl əşyaları və 1 ədəd planşet oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər rayon Polis İdarəsini 1-ci polis bölməsi və Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin Yevlax rayon sakini Şahin Bəkirov tərəfindən oğurlanması müəyyən edilib.

Məlum olub ki, Şahin Bəkirov ev sahibi ilə qohum olub.

Yevlax rayonunda yaşayan Şahin Bəkirov Şüvəlan qəsəbəsinə qohumunun evinə qonaq gəlib. Fevralın 14-də qohumun evində gecələyən Şahin Bəkirov ertəsi gün oğurluq edərək Yevlax rayonuna qaçıb.


Ev sahibi elə Şahin Bəkirovdan şübhələnib, bu barədə polisə məlumat verib.

Yevlaxda həbs edilən Şahin Bəkirov Bakıya gətirilib və Xəzər rayon Polis İdarəsinə təhvil verilib. Onun oğurladığı qızıllarda polis tərəfindən alınaraq ev sahibinə qaytarılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: