Göygöl rayonunda 58 yaşlı kişi yaşadığı evin həyətində xəsarət alıb. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Vidadi kəndində qeydə alınıb.
Kənd sakini, 1959-cu il təvəllüdlü Bəhrəm Bayramov qarın nahiyəsinin ağır xəsarət alması ilə bağlı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bildirilir ki, Bəhram Bayramov tövlədə inəyə qulluq edən zaman heyvan onu vurub.
Hacı Zeynalov