26 Fevral 2017 22:27
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluq edən iki dostun tutulması üçün əməliyyat keçirilib. Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Orxan Poladov və İlkin Muradov tutulublar.

Onlar ötən il noyabrın 2-də Gəncə şəhəri ərazisindəki evlərdən birindən 30 metr elektrik naqili oğurlamaqda şübhəli biliniblər.

Onların daha 2 evdən 25 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: