Mingəçevir şəhərində qadın meyiti tapılıb. Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Mingəçevir şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Rzayeva Nifə Məmməd qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.