10 Mart 2017 13:07
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən qrup üzvləri -Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ilin sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib.

İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olduğu müəyyən edilib. Hadisədən 5 ay sonra həmin şəxsi Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Vüsal Qədiyev və Lerik rayon sakini, 1982-cı il təvəllüdlü Nizami İsmayılovun öldürdüyü bəlli olub.

Belə ki, qətli törədən şəxslər Xanlar Nadirovla birlikdə ötən il sentyabrın 6-da saat 22.00-da Sulutəpə dairəsi yaxınlığındakı kafedə yeyib-içiblər. Dostlar arasında mübahisə yaranıb, Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov Xanlar Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada qətlə yetiriblər.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Vüsal Mirzəyev və Vüsal Qədiyev 18, Nizami İsmayılov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər