Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Renad Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, 1979-cu ildə Göyçayda doğulmuş Renad Əliyev ali təhsillidir, 2 uşaq atasıdır, məhkum olunmayıb.
Məhkəmənin baxış iclası martın 27-nə təyin edilib.
İttihama görə, Renad Əliyev ötən il oktyabr ayının 18-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Renad Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının keçmiş rektoru olub. Azırbaycan hüquq-mühafizə orqanları tərəfindən Riyad Əliyev İnterpol xətti ilə axtarışa verilib.
Hacı Zeynalov