Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Əkbər Hüseynov qarnının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Ə. Hüseynovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov