27 Mart 2017 13:08
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Teleqraf.com xəbər verir ki, martın 26-da saat 6 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vahid Mövlazadənin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturan 4 naməlum şəxs metronun “20 Yanvar” stansiyasına gedəcəklərini bildiriblər.

A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər.

Vahid Mövlazadə avtomolbildən düşərkən özünə məxsus bıçaqla onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirib və səs-küy yarandığından həmin şəxslər hadisə yerindən qaçıblar.

Görülmüş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Qardaşxan Abdullayev, Şirvan şəhər sakini Ceyhun Məmmədzadə, Cəlilabad rayon sakini Rəfayel Əlizadə Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər