28 Mart 2017 01:19
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda məcburi köçkün döyülərək xəstəxanalıq oldu.

Teleqraf.com ARB-yə istinadən xəbər verir ki, Goranboy rayonunun Meşəli kəndində dava baş verib.

Torpaq sahəsi ilə bağlı yaranan davada Kəlbəcər rayonundan olan məcburi köçkün 21 yaşlı kənd sakini Ələmşah Salmanov xəsarət alıb. Başından yaralanan gənc qohumları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Tibb müəssisəsinin travmatologiya şöbəsinə yerləşdirilən Salmanovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər