Cəlilabad rayonunda qətl hadisəsi törədən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Kənd sakini Əli Əliyev münaqişə zəminində həmkəndlisi Nemət Aslanovu bıçaqlayaraq qətlə yetirib. Sonra könüllü polis şöbəsinə gələrək istintaqa təslim olub.
O, bildirib ki, 42 yaşlı Nemət Aslanovu namus üstündə qətlə yetirib.
Əli Əliyev Nemət Aslanovun onun bacısına sataşdığını eşidib. Buna görə də bıçağı onun ürəyinə sancıb.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov