Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Nərmin Aslanova özünü yaşadığı evdə asaraq ölüb. Onun 11-ci sinif şagirdi olduğu bildirilir.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov