Oğuz rayonunda 50 yaşlı kişi özünü öldürmək istəyib.
Teleqraf.com-un xəbərinə görə, rayonun Xaçmazqışlaq kənd sakini, 1967-ci il təvəllüdlü Mövlud Mirzəli zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Məlum olub ki, o, intihar məqsədi ilə dezinfeksiyaedici kimyəvi məhlul içib. Mirzəli Alxasova ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov