Cəlilabad rayonunda evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxsin tutulması üçün əməliyyat tədbirləri keçirilib.
Teleqraf.con xəbər verir ki, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 5 evin həyətindən su sayğacları oğurlamaqda şübhəli bilinən şəhər sakini Rayəddin Əhmədov tutulub.
Onun martın 17-nə keçən gecə daha 7 şəhər sakininə məxsus həyətyanı sahədən su sayğacları oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov