Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Prokuror Vidadi Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra hökm elan edilib. Vidadi Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
İttihama görə, Vidadi Hüseynov 2016-cı ilin aprel ayının 30-da narkotik ittihamı ilə həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, ötən il Səbail rayonunda "Bulaq" restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. O zaman Vidadi Hüseynov və kriminal aləmə yaxın olan bir sıra digər şəxslər saxlanılmışdı.
Hacı Zeynalov